"Motor" Renat Dadaşovu transferə çıxardı
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov özünə yeni klub axtarır. Msport.az xəbər verir ki, Polşanın “Motor Lublin” klubu 26 yaşlı futbolçunu transferə çıxarıb.
Dadaşova özünə yeni komanda tapmaq üçün vaxt verilib.
Cari mövsümün əvvəlində “Motor”a transfer olunan forvard bu komandada 11 oyunda meydana çıxsa da, qol hesabını aça bilməyib.
Qeyd edək ki, Dadaşovun Polşa təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.







