“Fənərbağça” yeni baş məşqçisini İstanbula dəvət etdi
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, Serxio Konseysao ilə tam razılıq əldə olunub.
Portuqaliyalı çalışdırıcı İstanbula dəvət olunub. Onun nə vaxt gələcəyi dəqiq bilinmir. Lakin “Liverpul” matçından öncə gəlməsi gözlənilir. Serxio əvvəllər “Portu” və “Milan”da baş məşqçi kimi fəaliyyət göstərib.
51 yaşlı mütəxxəsis son olaraq “Əl-İttihad”ın uğurları üçün çalışıb. Baş məşqçilik karyerası ərzində 12 kubok qazanıb.







