featured-image-15596

“Sabah”ın baş məşqçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibə verib. Həmkarımız Aleksandr Qolovin rusiyalı mütəxəssislə Bakıda görüşərək ətraflı söhbət edib.

Siz artıq bir ildir ki, Azərbaycandasız. Ən qeyri-adi “kəşf” burda nə oldu, sizin üçün? 

– Müsbət məqamlardan, gözəl şəhərdir, həm müasir, həm də şərq koloritini, arxitekturasını özündə birləşdirir. Mənfi cəhətlərə gəlincə, insanların özlərini yolda necə aparması məni təəcübləndirdi. Əgər 4 zolaqlı yolda gedirsənsə və qarşıda sağa və ya sola döngə varsa, heç kim manevri öz yolunda başa vurmayacaq. Onlar dörd zolağı 6-ya çevirirlər, döngəyə çatanda isə yolu kəsirlər.

Heç cür öyrəşə bilmirəm ki, “povorotnik”i yandırmadan beş santimetrliyimdə kimsə mənim cərgəmə keçməyə çalışır. Demək olar ki, heç kim yol vermir, buna da öyrəşməmişəm. Krasnodarda yol verirsən, sənə təşəkkür əlaməti olaraq, “avariyka”nı yandırıb-söndürürlər. Burda belə şey yoxdur. Piyada zolağını yalnız tez qaçaraq keçə bilərsən. Başqa şansın yoxdur.

Özü də burda çoxlu kameralar var, hətta kəmərin taxılmamasına görə də cərimələr gəlir. Polis bütün şəhərdə gəzir və qanunu pozanları müəyyənləşdirir. Əlində telefon sürən yerdə səni saxlaya bilərlər – “cərimə”. Polis hətta tindən çəkir ki, sönüb-yanan işqforu necə keçirsən. İl ərzində çox cərimə ödəmişəm. Bir dəfə kompleksdən çıxan kimi polis saxladı. Maşının beş metrliyində dayanıb qışqırır ki, “yaxın gələ bilərəm”? Deyirəm, niyə soruşursuz? Cavab verdi ki, “sizin həyat yoldaşınız qabaqda oturub, mən soruşmalıyam”. Yaxınlaşıb qayıtdı ki, “bilirsiniz, qaydanı pozmusunuz”? Yox. “Siz mopedi buraxmadız”. Dedim Bakıda axı heç kim heç kimə yol vermir, nə problem var ki? Soruşdu, hardanam və “yaxşı yol” deyib getdi. Amma adətən buraxmırlar, burda yol polisi ciddidir.

media-rue35bbf120f2

  • Mən dostlarımla yaşayıram. Onların mənzilinin böyük hissəsini dəhliz və zal tutur. Çox böyükdürlər. Sizdə də elədir? 

– Böyük zaldır, ayrıca mənzil kimi. Amma otaqlar normaıdır. 130-140 kvadratmetr. Ailə üçün yaxşıdır. Mənim iki köməkçim tək qalır. Onlar üçün ev tapmaq problem idi. Çünki 100 kvadratmetrdən başlayır. Uşaqlar xeyli müddət axtardılar.

Azərbaycanda genişliyi və şərq stilini sevirlər. Bu yaxınlarda xanımımın yanına dostları gəlmişdi, dörd nəfərdən ibarət ailə. Bizim evin qonşuluğundakı binada ev tapmışdılar, internetdən. Biz onlarla görüşdük, evə daxil olduq, içəridə 8 otaq, 5 tualet var idi.

  • Mərkəzdə gəzəndə dəli oldum. Burda nə qədər bahalı maşınlar var. Siz hansı avtomobildə gəzirsiniz? 

–  Klubun verdiyi “Hyundai Sonata”da.

– Rusiyada maşınınız nə idi? 

– Krasnodarda klubun “Merceders”i idi. Ailəmlə olanda isə X5 sürürdüm.

-Bundan sonra Hyundai-də rahat ola bilirsiniz? 

-Hə, yaxşı maşındır. Hər şeyi var.

-Slutski Niderlandda Audi Q3-də gəzirdi. Mənə deyirdi ki, ÇSKA-da belə maşınla bazaya gəlsəydi, ona gülərdilər. 

-“Krasnodar”da Pereyra “Solyaris”də gəzirdi. Qorxulu heç nə yoxdur. O, ümumiyyətlə, brend malları sevmirdi, adi cins, eirmaks geyinirdi. Məncə, belə yaxşıdır.

Sizin teleqramda arxa fonda göydələnlərin fonunda şəkliniz var. Haradır ora? 

– Dubay.

Niyə ora? 

-Ağır mövsüm keçirdikdən sonra bir həftə çimərlikdə istirahət mane olmaz. Bu mənim ən sevimli istirahət tərzimdir. Qışda həmişə bir sual yaranır: Avropada gəzmək, yoxsa qumda uzanmaq? 99 faiz çimərliyi seçərəm. Çimərliklər içərisində Krit çox xoşuma gəlib. Gözəl yerdir, təbii kəndlər var. Bütün günü sahildə keçirə bilərsən, axşam isə kiçik küçələrdə gəzmək olar. Dəniz məhsulları və ev şərabları olan restoranlara baş çəkmək olur. Üstəlik, yaxınlıqda Santorini var – ora ekskursiyaya getmişdik.

Bir neçə il əvvəl Maldivdə olmuşdum. Ora da əladır. Əgər Dubayda axşam şəhərdə gəzmək, ticarət mərkəzinə ya da restorana getmək mümkündürsə, Maldivdə sadəcə uzanırsan. Axşamlar bir balaca aktivlik çatmır.

Siz “Sabah”a gələndə komanda axrıncı yerdə gedirdi. Komandanı hansı vəziyyətdə gördünüz? 

-Bütün həyatım boyu məndə o hiss olub ki, istənilən komandanı dəyişə bilərəm. “Krasnodar”dan gedəndə bu hiss bir qədər itdi. Son aylar elə də yaxşı alınmırdı, belə anlarda emosiyalar baş qaldırır, özünə inamı itirirsən. Bilmirdim, mənə yad olan futbolçularla başqa futbol oynayan komandada nəyəsə nail ola bilərəmmi. Özünə inamdan çox şey aslıdır. Komanda məşqçiyə inanda dağı dağ üstə qoya bilər. Futboldakı əsas məsələlərdən biri inamın olmasıdır. Ondan sonrakı şeylər artıq taktika və teoriyadır.

“Sabah”a gələndə gördüm ki, komanda psixoloji baxımdan pis vəziyyətdədir. Oyun baxımından xüsusi ideyalar yoxdur. Halbuki heyətdə maraqlı futbolçular var idi. Rəhbərliyin isə hər şeyi dəyişməyə böyük istəyi var idi. Mənim gəlişimdən sonra uşaqlarda psixoloji inkişaf baş verdi, hər kəs özünü göstərmək istəyirdi. Məşqdə hamı özünü öldürürdü. Birinci oyunun birinci hissəsində biz artıq 3 qol vurduq və komanda “Krasnodar”a oxşamağa başladı. Sonra ağır qış toplanışı oldu. İnkişaf elə də sürətli getmirdi, amma mən görürdüm ki, irəliləyirik. Bir dəfə də bu seçimi etdiyimə görə, təəssüflənməmişəm.

media-rueacd26f65f9

Psixologiyanı başa düşdüm. Sonra nəyi dəyişdiniz, taktiki mənada. 

-Biz “Krasnodar”dakı kimi hücumçuların bir-biri ilə yaxın oynamasına başladıq. Yalnız cinah müdafiəçilərinin fəallığı ilə bağlı problemlər yaranmağa başladı. Əgər hücumçular dar məsafədə yerləşirsə, o zaman müdafiəçilər sona qədər oynamalıdır. Bu, heç də həmişə yaxşı alınmırdı. Lakin biz sxemi dəyişdik, həmin mövqeyə yaxşı transfer etdik.

Bundan başqa, pressinqi dəyşdik. Rəqibi meydanın istənilən yerində sıxışdırmağa çalışırıq ki, maksimum dərəcədə aqressiv oyun olsun. Topu ələ keçirdikdən sonra nəzarətə başlamırıq, rəqibi tutmağa çalışırıq və boş zonalar axtarırıq.

Bu yaxınlarda dediniz ki, “Sabah” “Krasnodar”dan daha yaxşı pressinq edir. Sadə sözlərlə izah edin, bu necə ola bilər? 

-Mən “Krasnodar”ın gəncləri ilə işləyəndə pressinq ilə hamını əzirdik. Yeddi nəfər irəlidə pressinq edirdi, bundan çıxmaq çətin idi. Əsas komandaya keçəndə bunu tətbiq etmək istədim. Ancaq başa düşdüm ki, komandada yaşlı oyunçular da var. Belə pressinq variantı elə də effektli deyildi. Biz pressinqi dəyişməyə başladıq, lakin ilk illər bu çox yaxşı idi. Daha yaşlı futbolçular gələndə çətin oldu. Kompromiss variantlar tapmaq lazım idi. Məsələn, Ari hücumda çox şey verə bilərdi, ancaq pressinqdə biz istədiyimizi ala bilmirdik. Vanderson, Kabela da eyni. Buna görə, başqa yollar axtarırdıq.

“Sabah”da heyət daha gəncdir.  Onlar pressinqdə aktiv işləyə bilirlər. Üstəlik, Azərbaycanda heç də bütün komandalar belə pressinqdən çıxmağı bacarmırlar. Orta hesabla rəqib bizimlə görüşlərdə ardıcıl 5 ötürmədən çox verə bilmir. Bir sözlə, “Krasnodar”la müqayisədə pressinq daha effektli olub. Biz rəqibi tez-tez səhvə yol verməyə məcbur edirik.

  • Stillər bir-birindən başqa nə ilə fərqlənir? 
  • “Krasnodar” daha çox mərkəzdən hücum edirdi. Daha çox “divar” paslaşmalarından istifadə edirdi, üçüncü adama ötürmə. “Sabah” isə daha çox cinahdan, yarım cinahdan oynayır. Bu daha çox heyətdə olan futbolçulardan aslıdır.
  • Pressinqə gəlincə, o hələ ki Azərbaycan çempionatı səviyyəsində işləyir. Avrokuboklarda daha ciddi rəqiblərlə oyunda hər şey dağılmayacaq ki? 
  • Biz “Qarabağ” və “Neftçi” ilə oyunlarla müqayisə edə bilərik. Onlarla matçda da biz belə pressinq edirik. Hücumda oynayırıq və bu, işləyir. Hərçənd mənim özümə də komandamıza Avropada baxmaq maraqlı olardı. Başa düşürəm ki, bu sizi təəccübləndirir. Ancaq rəqəmlər var ki, onlar pressinqi xarakterizə edir. Onlar “Sabah”da hətta Avropa səviyyəsindən də yaxşıdır.
  • Düz başa düşdümsə, rusiyalı məşqçilərdən Karpinin fəlsəfəsi sizə daha yaxındır.
  • Heç yaxın deyil. Mən Rusiyada işlədiyim müddətdə onun yaxşı pressinqi var idi, sürətli hücumları və standartları. Amma məmim üçün futbolda ən vacib məqamlardan biri mövqe hücumudur. “Krasnodar” onun sayəsində oynayırdı, “Rostov” yox. Yer gəlmişkən, indi “Sabah”da bunun üzərində çox işləyirik. Rusiyada örnək götürəcəyim məşqçi yoxdur. Sarrinin “Napoli”sindən danışanda hə, o görmək istədiyimə yaxın idi. Rusyada birmənalı can atdığım bir şey yoxdur. Mövqe hücumundan danışırıqsa, “Zenit”in irəli xətti xoşuma gəlir. Onlar kombinasiyalı futbol oynamağı bacarırlar.
  • Dünən mən Emin Mahmudovla danışdım. O, dedi ki, “Qarabağ” Rusiya çempionatında 1-ci yer uğrunda mübarizə aparardı. Kənardan nəsə cəfəngiyyat kimi görünür.
  • – Cəfəngiyyat deyil, elədir ki, var. Azərbaycana gəldikdən 3-4 ay sonra məndən bu haqda soruşanda dedim ki, 3-4-cü yerlər uğrunda rahat oynayar. Amma indi görürəm ki, 100 faiz çempionluq üçün mübarizə aparardılar.
  • Onda Avropada “Real”ı məğlub edən “Şerif” haqqında da eyni şeyi demək olar.
  •  – Həmin oyunda “Real” dominant idi, “Şerif” isə sadəcə fürsətlərdən istifadə etdi. Əgər siz “Qarabağ”ın “Olimpiakos”, “Nant”ı Avropada 3:0 məğlub etdiyi son oyunlarına baxsaz, bilərsiz ki, onlar gücləri ilə buna nail olurlar. Onlar əks-hücumda oynamırlar, avtobus qoymurlar. Onlar 4 müdafiəçi ilə meydana çıxırlar və cinahlar da kifayət qədər fəal olur. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçdilər. Onlardan bir baş üstün idilər.
  • – “Qarabağ” nəyin hesabına belə güclüdür?
  • – Klubun stabil strukturu var, məşqçi 14 ildir orda işləyir. Orda kərpici kərpicin üstünə qoyub pillə-pillə inkişaf edirlər. Onlar 9 ildir ki, avrokubokların qrupunda oynayırlar. Onların modeli mənim dövrümdəki “Krasnodar”a bənzəyir. Hücumçular yaxın oynayır, cinah müdafiəçiləri Petrov və Kalyoşin kimi fəal olurlar. Həm də vacib olan odur ki, onların iki heyəti var. Bir heyətlə Avropada çıxış edirlər, digəri ilə 3 gün sonra çıxıb çempionatda görüşü itkisiz başa vururlar. Məsələn, “Ferentsvaroş”la evdəki matçda əsas hərəkətverici qüvvə Kadi yox idi. İki mərkəz müdafiəçisi yox idi, onlardan biri kapitandır. Digəri də çox güclü oyunçudur. Amma buna baxmayaraq, növbəti mərhələyə keçə bildilər. Rusiya üçün heç də böyük olmayan məbləğə keyfiyyətli legionerlər alırlar.
  • Mahmudovdan daha bir sitat: O, Rusiyaya qayıtmaq istəmir. Deyir ki, bu mövsümə qədər avtobuslar liqası idi. Azərbaycanda hamı hücum futbolu göstərir. Belədir? 
  • – Deməzdim ki, bu mövsüm elədir. İkinci beşlikdə olan komandalar “Sabah”a qarşı superbağlı oynayırlar, vaxtı uzadırlar. İki tur əvvəl hesab 0:0 olarkən, rəqibin qapıçısının sudurqası başladı. Biz 90-cı dəqiqədə qol vurduqdan sonra isə o standrt vəziyyət zamanı qaça-qaça cərimə meydançamıza gəldi. Bu mövsüm bizə qarşı 5, bəzən 6 müdafiəçi ilə oynayıblar. Bu, “Ufa”nı xatırladırdı. “Sabah”a qarşı qapalı oynayırlar, amma növbəti turlarda “Neftçi” və “Qəbələ” ilə hücuma-hücumla cavab verirlər.
  • MƏĞLUBİYYƏTDƏN SONRA GECƏLƏR YATMIRAM
  • Sizə o hiss qayıtdı ki, istənilən komandanı dəyişə bilərsiniz? 
  • – Hə, çox tez. Mən işimdən böyük həzz alıram. Yeganə çətinlik məğlubiyyəti ağır keçirirəm. Bu elə bir şeydir ki, ona görə futbolla vidalaşa da bilərəm. Məğlubiyyətdən sonra mən gecəni, bəzən bir neçə gün yatmıram. Baş ağrıları başlayır. Əgər qalib gəliriksə, amma komandadan narazı qalmışamsa, onda da həyəcan keçirirəm. Bunun üzərində işləmək lazımdır.
  • Uduzmusuz, evə gəlirsiniz. Sonra nə baş verir? 
  • – “Qarabağ”la oyunu götürək. Onda biz bir hissədən çox 10 nəfərlə oynadıq. Ancaq 80-ci dəqiqədə 3:2 öndə idik. Üçüncü qolu sürətli hücumdan sonra buraxdıq. 4-cü qolu isə əlavə ounmuş vaxtda. Hakim aut zamanı səhvə yol verdi. Futbolçular özlərini toparlamaq əvəzinə hakimlə mübahisəyə girişdilər ki, top rəqibdən çıxıb. “Qarabağ” topu tez oyuna daxil etdi və penalti qazandılar. Çox axmaqcasına idi. Əgər bizdən üstündürlərsə və heç nə edə bilmiriksə, okey. Lakin başa düşürsən ki, burda daha yaxşı oynaya bilərdin. Evə gəldim və səhərə kimi yatmadım. Sadəcə “youtube”a baxdım.
  • Nəyə baxdınız? 
  • – “Eto futbol, itoqi” (Youtube kanalında şou). Birinci dəfə Basta ilə “Taksi”ni izlədim. Bundan başqa, peşəkar boksa aid “Əfsanəvi döyüşlər”ə baxdım.
  • Düzdür ki, siz yuxuya getmək üçün dərman içirsiniz? 
  • – “Krasnodar”da həkim verirdi, yuxu gətirmək üçün. Bakıda bir neçə gün yata bilməyəndə və baş ağrıları olanda həkimə getdim. O, bəzi şeylər yazdı. Bir tərəfdən bu yaxşı keyfiyyətdir. Həyatda bəzi böyük olmayan uğurlara hamını bezdirərək  – özümü, klubun işçilərini, nail olmuşam. Bilirəm ki, bu keyfiyyət mənim inkişafıma və uğur qazanmağıma kömək edir. Amma həddən artıq olanda bunun neqativ nəticələri ola bilər. Məsələn, bir neçə tur əvvəl turnir cədvəlində sonuncu yerdə gedən komandanı səfərdə məğlub etdik. 91-ci dəqiqədə qol vurduq. Birinci hissəni pis oynadıq, sürət aşağı idi. Rəqib qol vurmağa” kömək” etdi. Buna görə futbolçularla kəskin şəkildə danışdım. Amma oyundan sonra başa düşdüm ki, pis oyunun səbəbləri var. Aparıcı futbolçular yığmada idilər və oyundan iki gün əvvəl qayıtdılar. Fasilə dövründə yaxşı iş gördük, Ancaq görünür, “yükləmə” çox oldu. Süni örtüklü meydanda günorta saat 3-də oynayırdıq. Rəqib avtobus qurub, vaxtı uzadırdı. Heç vaxt futbolçularımı təhqir etmirəm. Heç vaxt demirəm, “Sən ölüsən, oynaya bilmirsən, pis adamsan”. Söyüşlə danışa bilərəm, amma şəxsiyyəti təhqir etmədən. Avtobusa minəndə dedim ki, “kimisə təhqir etdimsə, üzr istəyirəm. Başa düşürəm ki, pis oyunun səbəbləri var”. Ondan sonra hər şey yoluna döndü. Özüm anlayıram ki. buna dəyməz. Sakit olmaq lazımdır.

media-rue3b01722a21

  • – Siz Azərbaycana gələndə komment yazırdılar ki, “Rusiya məşqçi məktəbi haqqında bilmli olduğunuz hər şey. Nə cavab verərdiniz?
  • –  Rusiya məktəbinə gələndə, biz 3 il avrokuboklarda oynamışıq. Mən “Krasnodar”dan gedəndən sonra deyirdilər ki, klubuda qalır. Bir gün ikinci komandanın baş məşqçisi istefaya göndərildi və o, dedi: “Məmim yerimə Musayev gələcək”. Ona zəng vurdum ki, niyə belə deyirsən? Mən hələ tam razılığa gəlməmişəm. Heç kimnən danışmamışdım, deyirdilər “sən qaldın axı”. Nəticədə, iyunda söhbət oldu və mən qalmadım. Həm o vaxt, həm də indi agentim yoxdur ki, məni reklam etsin. Hər həftə harasa dəvət etsələr də, televiziyalara elə də çıxmırdım. Üstəlik, bütün komandalar komplektləşmişdi. Mövsüm başladıqdan sonra istefalar başladı – “Rostov”, “Arsenal”. Ancaq onlar başqa namizədləri seçdilər. “Sabah”da işləyəndə Rusiya Premyer Liqasından 5 dəvət gəldi. Özü də bir neçəsi çox yaxşı idi. Lakin mən hər şeyi atıb gedə bilməzdim.
  • “Dinamo” və “Lokomotiv” yaxşı təkliflər arasında idi?
  • Xoşum gəlmir, məşqçini qoyurlar, digəri deyir ki, məni ora çağırırdılar. Belə yaxşı deyil. Sadəcə, yaxşı təkliflər var idi. Ancaq Rusiyanın TOP-5-dən yox idi. “Sabah”a qədər Avropa ilə danışmışdım. Məsələn, “Ferentsvaroş”un prezidenti ilə görüşdüm, orda yaxşı adamlar işləyir. Sonra dedilər ki, başqa adamı seçiblər. Amma mənə zəng vurub bəzi futbolçularla bağlı məsləhət aldılar. Şapi Süleymanovu icarəyə götürmək istəyirdilər, məndən məsləhət aldılar. Yaxşı rəy verdim. Ermənistandan iki klub dəvət etmişdi. Konkret təkliflər idi. Danışdıq, amma diqqətimi cəlb etmədi. Slovakiyadan maraqlı təklif var idi, o da alınmadı.
  • “HEÇ VAXT DEMƏMİŞƏM MAAŞIMI QALDIRIN” 
  • – Siz iki dəfə Rusiyada Top-3-ə düşdüz, Çempionlar Liqasının qrupunda oynadınız. Amma Avropaya getmədiz, yalnız Azərbaycan. Bu məyus etmir? 
  • – Yox, Bizim peşəmiz elədir ki, dünənki günlə yaşayıb Çempionlar Liqasının qrupunda oynamağı xatırlamalı deyilsən. Təklif yoxdur, get sübut elə. Bəlkə də onda yarım il heç nə eləməli deyildim. Narahat oldurdum ki, iş tapmayacam. Amma indi başa düşürəm ki, bu daha yaxşıdır. Mən futboldan bir az aralı olmalı idim.
  • – Rusiya ilə müqayisədə əməkhaqqınız nə dərəcədə aşağı düşüb? 
  • – Kursdan aslıdır. “Krasnodar”da rublla alırdım maaşı, burda dollarla. Son bir ildə dolların məzənnəsi xeyli dəyişib. Müqavilə bağlayrkən kurs indikindən iki dəfə aşağı idi.
  • Yazırdılar ki, siz burda FNL-in (I divizion) top məşqçiləri kimi alırsınız.  
  • – Düşünmürəm ki, FNL-də kimsə bu qədər alsın. Ümumiyyətlə, pul mövzüsu məndən uzaqdır. Düzü, “Krasnodar”da heç vaxt rəhbərliyə yaxınlaşıb deməmişəm ki, “mənim maaşımı qaldırın”. Heç vaxt deməmişəm ki, digər məşqçilərdə bu qədərdir, məndə bu qədər. Burda da mənə şərtlər təklif olundu, heç bazarlıq eləmədim. Müqavilə bağladım, qutardı getdi. Bəlkə də bu pis xasiyyətdir. Əgər belə xarakterim olsaydı, bəlkə də “Krasnodar”da daha çox alardım. Amma bilirəm ki, yaxşı işləsəm, həmişə pulum və yaxşı müqaviləm olacaq. (Ardı var)
  • TƏRCÜMƏ AYXAN 

 

 

Bənzər xəbərlər