featured-image-24104

“Musa Qurbanlını 3:0 hesabı ilə udduğun matçın 80-ci dəqiqəsində meydana burax, qoy, 10 dəqiqə oynasın. Yetişsin, təcrübə toplasın. Onu ilk dəqiqələrdən döyüşə atmaq oyunçunu sındıra bilər”.

Msport.az xəbər verir ki, bunu “Netçi” və AZAL-ın sabiq baş məşqçisi Gəray Qarayev deyib. Təcrübəli mütəxəssis Qurbanlının hələ təcrübə toplamasının vacib olduğunu deyib: “Başa düşürəm, avrokubok təcrübəsi qazanması və böyük klubların diqqətini çəkməsi baxımından meydana çıxması önəmlidir. Amma Musanın bu oyununa heç bir təklif gəlməz. Reytinqi aşağı düşər. Qurbanovu anlayıram, bəlkə də seçimi yoxdur.

Rəqib “Zirə” deyil ki, çıxıb 3 qol vursun. Qaşındakı komanda Belçika təmsilçisidir. Fikrimcə, Şeydayev və Qurbanlı bu gün beynəlxalq arena üçün hazır deyillər. Bu, mənim şəxsi fikrimdir, heç kim pis qəbul etməsin. “Gent”lə matçda da komandaya xeyir vermədilər”.

P.S. Gəray Qarayevlə geniş müsahibənin tam versiyasını yaxın saatlarda Msport.az saytında oxuya bilərsiniz. 

CAHİD

 

Bənzər xəbərlər