featured-image-35990

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç kubokunda oyuna çıxıb.

Msport.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri “Sandvikens”lə qarşılaşıb. Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.

Matç Qurbanlının komandasının 5:1 hesablı qələbəsiylə yekunlaşıb.

Bənzər xəbərlər