featured-image-21830

“Qarabağ”ın futbolçusu Musa Qurbanlının Polşanın “Poqon” klubuna keçidi baş tutmayıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı hücumçu təklifi qəbul etməyib.

Gənc forvard Ağdam təmsilçisində qalmağa üstünlük verib.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. O, hazırda 13 qolla Premyer Liqanın bombardirləri siyahısında ikincidir. Qurbanlı yalnız özündən 2 top çox vuran komanda yoldaşı Ramil Şeydayevdən geri qalır.

Bənzər xəbərlər