Premyer Liqa çempionunda yeni müqavilə hazırlığı
“Arsenal”ın müdafiəçisi Pyerro İnkapiye klubla müqaviləsini daha əlverişli şərtlərlə uzatmağa hazırlaşır.
Msport.az xəbər verir ki, futbolçunun London təmsilçisi ilə imzalayacağı yeni müqavilə 2032-ci ilə qədər qüvvədə olacaq.
Onun Premyer Liqa çempionu ilə hazırkı sözləşməsinin müddəti 2031-ci ildə başa çatır.
Qeyd edək ki, İnkapiye cari mövsüm İngiltərə Premyer Liqasında 5 qarşılaşmada iştirak edib.







