featured-image-82080

Fransalı vinger Mussa Diabi yenidən “Bayer”ə qayıdıb.

Msport.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun rəsmi saytı məlumat yayıb.

O, Bundesliqaya Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasından dönüb.

Diabi PSJ-nin yetirməsidir. O, 2019-2023-cü illərdə “Bayer”in şərəfini qoruyub. 27 yaşlı futbolçu Almaniya klubunda 172 oyunda 49 qol vurub və 47 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər