featured-image-73247

Endrikin “Real”dan “Lion”a keçməsi azarkeşlər tərəfindən böyük maraq doğurub.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu Fransa klubuna icarə əsasında keçib. “Lion” hücumçunun transferini dekabrın 23-də elan edib.

Endrik yeni komandasının heyətində hələ meydana çıxmasa da, artıq yeni rekord müəyyənləşdirib.

Ona həsr olunmuş video klubun sosial meda hesablarında ən çox izlənilən kontent olub.

Dekabrın 27-i səhər saatlarında videoya artıq 1,1 milyon adam baxıb.

Endrik yeni komandasında yanvarın 3-də debüt edə bilər.

Bənzər xəbərlər