"Nant" 12 dəqiqəyə batır - "Le Parisien" qəzeti
“Qarabağ”ın UEFA Avropa Liqasında “Nant” üzərində parlaq qələbəsi Fransa mətbuatında da işıqlandırılıb.
Msport.az xəbər verir ki, nüfuzlu “Le Parisien” qəzeti Fransa klublarının avrokuboklardakı çıxışına toxunarkən “Nant”ın Bakı səfərindən də yazıb:
“Nant” 12 dəqiqəyə batır. Azərbaycan Antuan Kombuare və onun “Nant”ı üçün pis xatirə olaraq qalacaq. “Qarabağ”a qarşı ilk yarım saatdakı yaxşı oyundan sonra “kanaryalar” tədricən yoxa çıxdılar və azərbaycanlıların təhlükəli hücumlarından əziyyət çəkməyə başladılar. Saatın tamamında çoxgedişli kombinasiyadan sonra Ovusu Kvabena Alban Lafontu aldada bildi – 1:0. 12 dəqiqə ərzində “Nant” tamamilə sındı və daha iki top buraxdı – Zubir (2:0), Yankoviç – 3:0.
“Frayburq” “Olimpiakos” üzərində səfərdə 3:0 hesablı qələbədən sonra qrupun vahid lideri olur və növbəti tur “Nant”ı gözləyəcək.