"Nant" Bakı səfəri öncəsində uduzdu
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Nant” bu gün Fransa çempionatında növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, “sarılar” Liqa-1-in 7-ci turu çərçivəsində “Loryan”ın qonağı olub. “Nant” 13-cü dəqiqədə İqnatius Qanaqonun qolu ilə hesabı açsa da, üstünlüyünü qoruyub saxlaya bilməyib – 2:3.
Qonaqların heyətində digər qolu 85-ci dəqiqədə Mouzes Saymon vurub. 7 oyundan sonra 6 xal toplayan “Nant” 20 komanda arasında 15-ci yeri tutur.
Qeyd edək ki, “Qarabağ” sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda Fransa klubu ilə qarşılaşacaq. Oyun saat 20:45-də başlayacaq.