featured-image-84999

“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Angissa qış transfer pəncərəsində keçmiş klubu “Marsel”ə qayıtmağı planlaşdırmır.

Msport.az xəbər verir ki, kamerunlu futbolçu hazırda bütün diqqətini Neapol təmsilçisindəki çıxışına yönəldib.

“Napoli”nin rəhbərliyi və məşqçilər korpusu da Angissanın oyununu yüksək qiymətləndirir. Klub futbolçunun komandadakı rolundan razıdır.

Angissa 2015-2018-ci illərdə “Marsel”in formasını geyinib. O, 2022-ci ilin yayında “Fulhem”dən “Napoli”yə transfer olunub. Həmin keçid üçün İtaliya təmsilçisi təxminən 16 milyon avro ödəyib.

Bənzər xəbərlər