Nazarov "Aue"dən ayrıla bilər - Növbəti stansiya Azərbaycan?
Millimizin üzvü Dmitri Nazarov Almaniyanın “Ertsgebirge Aue” klubundan ayrıla bilər.
Msport.az xəbər verir ki, buna səbəb onun komandasının 3-cü Bundesliqaya düşmək təhlükəsidir. Aue təmsilçisi hazırda 2-ci Bundesliqada 26 oyundan sonra 19 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Klub prezidenti Helge Leonhardt Almaniya mətbuatına açıqlamasında Dmitri Nazarov, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın komandadan ayrıla biləcəyini istisna etməyib.
Nazarovun Azərbaycana gəlib Premyer Liqa klublarımızdan birinin formasını geyinmək ehtimalı da var. “Neftçi”nin futbolçu ilə maraqlandığına dair xəbərlər yayılmışdı.
Xatırladaq ki, 31 yaşlı yarımmmüdafiəçi 3 illik fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alıb.