Nazir “Qarabağ” – “Gent” oyununa hazırlıqla maraqlandı
Gənclər və İdman naziri Fərid Qayıbov “Qarabağ” – “Gent” oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionuna gələrək matça hazırlıqla maraqlanıb.
Msport.az xəbər verir ki, nazir “Qarabağ” rəsmiləri, həmçinin arenanın direktoru Şamil Quliyevlə görüşərək vəziyyətlə tanış olub. Ona görülən işlər barədə məlumat verilib.
Xatırladaq ki, “Qarabağ” – “Gent” oyunu sabah saat 21:45-də start götürəcək.
AYXAN







