featured-image-51790

Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

Msport.az xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.

Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü.Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Futzalçı Azərbaycan yığmasına məhz baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.

Bənzər xəbərlər