featured-image-26433

Rumıniyalı futbolçu Florin Qardoş “Styaua”da çıxış edərkən iştirakçısı olduğu şübhəli oyunu açıqlayıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi 2013/2014 mövsümündə evdə “Vasluy” klubuna 0:1 hesabı ilə uduzduqları matçın danışılmış ola biləcəyini söyləyib.

Təcrübəli oyunçunun sözlərinə görə, həmin qarşılaşmada qəribə hadisələr baş verib: “Həmin vaxt “Vasluy” klubu iflasın bir addımlığında idi. Mövsümdə yeganə məğlubiyyətimizi məhz bu komandadan aldıq. Bəzi futbolçular meydanda qəribə hərəkətlər edirdilər”.

Qeyd edək ki, həmin mövsümdə “Styaua”nın baş məşqçisi hazırda “Neftçi”yə rəhbərlik edən Laurentsiu Regekampf olub.

Bənzər xəbərlər