featured-image-21980

Braziliyalı hücumçu Mateus Saldanya “Neftçi”də debüt edib.

Msport.az xəbər verir ki, forvard “Zirə” ilə matçda (1:0) start heyətində meydana çıxıb. Sona qədər meydanda qalan hücumçu “ağ-qaralar”da debütü ilə bağlı instaqram hesabında fikirlərini yazıb:

“Neftçi”nin formasını ilk dəfə geyindiyim üçün xoşbəxtəm. Hər oyun inkişaf edəcəyimizə inanıram”.

Paytaxt təmsilçisi Saldanyanı Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubundan icarəyə götürüb.

 

 

Bənzər xəbərlər