"Neftçi"nin futbolçusu: "Qarabağ" bu mövqeyi əlimizdən aldı"
“Bir nömrə idik, amma “Qarabağ” bu mövqeyi əlimizdən aldı”.
Msport..az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Andre Şinyaşiki deyib.
Braziliyalı forvard ölkəsində “vavel.com” saytına açıqlamasında növbəti mövsümlə bağlı hədəflərini açıqlayıb. 27 yaşlı futbolçu “Qarabağ”la rəqabət aparmaq istədiklərini bildirib:
“Qarabağ” nümunəvi mövsüm keçirdi. Bununla belə, “Neftçi” böyük ənənələrə malik klubdur və yenidən ölkə çempionu olmağa ehtiyac duyur. Diqqətimiz çempionluq hədəfinə yönəlib. Bunun çox çətin iş olacağına şübhəmiz yoxdu. Lakin biz özümüzü müdafiə edirik. Ancaq biz bu böyük klubun şərəfini qoruyuruq və onu ən yaxşı şəkildə şərəfləndirməliyik. . Azarkeşlərimizə hədsiz sevinc bəxş etmək istəyirik. Bunun üçün mövsümün əvvəlindən mübarizə aparmalıyıq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024-25 mövsümü avqustun 2-də start götürəcək.