featured-image-51086

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama matçını keçirəcək.

Msport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi “Sivasspor”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyun Ərzurumdakı “Palandöken Yüksek İrtifa Camp Facilities”də keçiriləcək.

Qeyd edək ki, “Neftçi” klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər