featured-image-24076

“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov futbolun inkişafındakı, kütləvililiyindəki xidmətlərinə, bu idman növünün təbliğinə, həmçinin paytaxtın Nizami rayonunda keçirilən futbol tədbirlərindəki fəal iştirakına görə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti Gənclər və idman idarəsi tərəfindən Fəxri fərmanla təltif olunub.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis həm “Neftçi” PFK-nın məşqçisi, həm də müharibə veteranı kimi mükafatlandırılıb.

Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan İslam Kərimov Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.

Bənzər xəbərlər