featured-image-3284

Cari mövsümü üçüncü pillədə başa vuran və bürünc medal qazanan “Neftçi” İK futzal üzrə Yüksək Liqada bunadək sonuncu medalını 2016/17 mövsümündə qazanmışdı.

Msport.az xəbər verir ki, həmin il “Araz”ın (Naxçıvan) liderliyinə mane ola bilməyən “ağ-göylər” “gümüş”ü boyunlarına biçmişdilər.

Beş mövsümlük fasilədən sonra “Neftçi” İK Elşad Quliyevin rəhbərliyi altında bürünc medalı kolleksiyasına əlavə etdi. Yeri gəlmişkən, “Neftçi” İK artıq 3-cü dəfə bürünc medal qazanıb. Buna qədər 2012/13 və 2015/16 mövsümündə analoji uğuru əldə etmişdi.

Qeyd edək ki, bu komanda üçün cari mövsüm hələ başa çatmayıb. Belə ki, mayın 24-də keçiriləcək Badamlı Azərbaycan kubokunun finalında “Neftçi” İK “Alyans Qrup”la qarşılaşacaq.

Bənzər xəbərlər