featured-image-35665

Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən “Beşiktaş” – “Neftçi” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Şenol Güneş jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Geridə olsaq da, qələbə qazana bildik. “Neftçi”nin yaxşı oyunçuları var. Bakıdakı görüşdə rəqibə daha çox üstünlük qurmuşduq. Bugünkü oyunda da yaxşı idik, lakin epizodlarımız alınmırdı. “Neftçi” irəli çıxdı və qolunu vurdu. Fasilədən sonra bütün üstünlük bizdə oldu. “Neftçi”yə imkan versən, daha yaxşı oynayır. Onlara uğurlar arzu edirəm, daha yaxşı olacaqlarına inanıram. “Dinamo”ya qarşı oyunumuuz fərqli olacaq. Bəzi futbolçularım hələ istədiyim səviyyədə deyil.

– Bu mövsüm 5-ci rəsmi oyunda ilk dəfə geriyə düşdüz. Amma qalib gəldiniz…
– Bunları yaşayacağıq. Komanda olaraq hücum və müdafiəni yaxşı etməliyik. Hücumda oynayırdıq, rəqibi öz meydançasından çıxarmamaq yaxşı idi. Amma daha çox epizod yaratmalıydıq. Onlara imkan verməməliydik, asan qol buraxdıq. Dəyişikliklər səviyyə fərqini ortaya qoydu. Muleka daha çətin epizodda qol vurdu. Halbuki, rahat epizodları vura bilmirdi. İkinci hissədə daha fərqli oynadı. Sadəcə fasilədən sonra bəzi oyunçular lazımsız asmalar etdi. Bizə 2:1 bəs etdi.

– “Neftçi” ikinci qolu da vursaydı, eyni dəyişikliyi edəcəkdiz?
– Fərqi yoxdur, 3:0 da olsa, yenə də dəyişiklik edəcəkdik. Bəlkə önə keçsəydik, başqa oyunçuları oynadardıq. Əvəzetmələrdən meydana daxil olan futbolçu oyunun keyfiyyətimi artırmalıdır. Bizdə də belə oldu.

– “Neftçi”nin heyətində hansı oyunçu “Beşiktaş”da oynaya bilər?
– Ozobiç yaxşıdır. Amma bu gün gözləntilərini vermədi. Lebon, Sayef, Emin Mahmudov da yaxşıdır.Heyətdə istedadlı oyunçular var. Amma anlaşma və fiziki durum yaxşı olarsa, komanda yaxşı görünəcək. Bizdə bahalı oyunçular var. Bildiyimə görə, Azərbaycanda futbolçulara çox pullar verilmir. Biz istəyəndə daha çox pul istəyəcəklər.

– “Sabah”, yoxsa “Neftçi” daha yaxşı komanda idi?
– “Sabah”la dostluq matçı keçirdik. “Qarabağ”ı təbrik edirəm. Qurban Qurbanov dostumdur. Üç komanda da iddialı idi. “Sabah” da yaxşı komandadır. Azərbaycanda istedadlı futbolçular var. Anlaşma yaxşı olarsa, daha yaxşı olacaq. “Neftçi”nin yatırım edir. “Qarabağ”ı izləmişdim, bəyənmişdim. “Sabah” da son dönəmlərdə çıxdı. Bu, milliyə necə yansıyacaq, bilmirəm. Legioner çox olarsa, milli zəif qala bilər. Bilmirəm.

Bənzər xəbərlər