featured-image-9520

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid”in baş məşqçisi Ferdinand Felhofer qarşıdakı oyun barədə danışıb.

Msport.az derstandart.at”a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis əvvəlcə “Neftçi”ni ötən mərhələdə keçdikləri “Lexiya Qdansk”la müqayisə edib:

“Bu, Qdansk klubundan tamamilə fərqli rəqibdir. Onların əla oyunçuları var, xüsusən də legionerlər”.

Avstriya klubunun baş məşqçisi “Neftçi”nin evdə yaxşı oynamasını da qabardıb: “Neftçi” “Aris”ə qarşı evdə böyük üstünlüklə oynadı. Bu həm də uzun məsafə, isti hava şəraiti ilə bağlıdır. Avstriya ilə Bakı arasında iki saat fərq də var. Eləcə də Bakı çox rütubətli şəhərdir”.

Baxmayaraq ki, oyun yerli vaxtla saat 21:00-da başlayacaq. Lakin yenə də 30 dərəcə istilik gözlənilir. Felhofer buna hazır olduqlarını söyləyir:

“Artıq bir neçə dəfə isti hava şəraitində oyuna çıxdığımızdan ümid edirəm ki, rütubət bizə o qədər də təsir etməyəcək”.

“Rapid”in baş məşqçisi komandasından yaxşı oyun gözləyir: “Çox vacibdir ki, öz oyunumuzu göstərə bilək. Bütün matç boyu fiziki, psixoloji baxımdan hazır olmalıyıq. “Aris” kimi 30 dəqiqədən sonra dağılmamağımız çox vacibdir”.

“Rapid”in bəzi aparıcı futbolçuları Avstriya Bundesliqasının ilk turunda “Klaqenfurt”a qarşı oynamayıblar. Baş məşqçi Quido Burqstaller və Marko Qrull kimi futbolçulara istirahət verib. Hər iki oyunçunun “Bakcel Arena”da meydana çıxması gözlənilir.

Bənzər xəbərlər