featured-image-30825

“Qarabağ”dan ayrılan Filip Ozobiç hələ ki karyerasını harada davam etdirəcəyini müəyyənləşdirməyib. Msport.az xəbər verir ki, millimizin üzvü “Neftçi”dən təklif alsa da, danışıqlar istənilən kimi getmir.

32 yaşlı yarımmüdafiəçinin Ağdam klubunda əməkhaqqısı yüksək olduğundan o, “ağ-qaralar”dan da yaxşı şərtlər tələb edir. Lakin paytaxt klubu bunu təmin edə bilməyəcəni bildirib və futbolçunun güzəşt etməsini gözləyir.

Ozibiçin “Zirə” ilə anlaşıldığı yazılsa da, xorvatiyalı oyunçu Rəşad Sadıqovun komandası ilə danışıqlar aparmayıb.

Filip əgər “Neftçi” ilə ortaq məxrəcə gələ bilməsə, karyerasını vətənində davam etdirəcək. O, millimizin iyunun 17-də Estoniyaya qarşı oyunundan sonra yekun qərar verəcək.

AYXAN 

 

Bənzər xəbərlər