“Neftçi” sabiq hücumçusunun mükafatını vermədi
“Neftçi” sabiq futbolçusu Ahmed Ahmedovun mükafatını ödəməkdən imtina edib.
Bu barədə Msport.az saytına türk əsilli bolqarıstanlı hücumçu məlumat verib.
28 yaşlı forvard bildirib ki, klub böyük ehtimalla pulu ödəməyəcək: “Mesaj yazdım, cavab vermədilər”.
Ahmedov buna görə FIFA və ya UEFA müraciət etməyəcəyini söyləyib: “Çünki müqavilədə göstərilməyib. Sadəcə, mükafatdır. Söz vermişdilər, əməl etmədilər”.
Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib. O, həmin mövsüm “Qarabağ”la oyunda (1:0) vurduğu qolla “ağ-qaralar”a çempionluq qazandırıb.
Cahid







