featured-image-51021

“Neftçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Türkiyənin “Kocaelispor” klubundan transfer edilən R.Şeydayev Azərbaycanda “Sabah” və “Qarabağ”ın da formasını geyinib.

Bənzər xəbərlər