featured-image-50768

Türkiyədə təlim-məşq toplanışı keçən “Neftçi”nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olub.

Klubdan Msport.az-a verilən məlumata görə, “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Superliqa təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Superliqa kollektivi “Sivasspor” olacaq

Qeyd edək ki, iyulun 8-də qardaş ölkəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Bənzər xəbərlər