"Neftçi" ilk sınaqdan üzüağ çıxdı - YENİLƏNDİ
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.
Msport.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
———————————
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.