featured-image-35277

Bu ilin sentyabrında “Neftçi” və “Zenit” arasında daha bir yoldaşlıq oyunu keçirilə bilər.

Msport.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, matçın milli komandaların görüşləri ilə bağlı çempionatlarda yaranacaq fasilə dövründə təşkili planlaşdırılır.

İddiaya görə, Sankt-Peterburqda oynanılacaq qarşılaşmanın sentyabrın 7-si və ya 8-də olacağı gözlənilir.

Qeyd edək ki, iki komanda bu yay artıq bir dəfə üz-üzə gəlib. İyulun 1-də “Match TV” kubokuna təsadüf edən oyunda “ağ-qaralar” 1:3 hesabı ilə uduzub.

Bənzər xəbərlər