featured-image-82771

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində sentyabr və oktyabr aylarında keçirəcəyi görüşlər üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu komanda sentyabrın 25-də Çexiya (evdə), sentyabrın 30-da Şotlandiya (səfərdə) və oktyabrın 6-da Cəbəllütariq (evdə) ilə qarşılaşacaq.

U-21 millimizin qarşıdan gələn 3 oyun üçün heyətini təqdim edirik:

Qapıçılar: Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Xəyal Fərzullayev (“Sumqayıt”)

Müdafiəçilər: Emin Rüstəmov (“Şamaxı”), Elgün Dünyamalıyev (“Sabah”), Raul Məmmədov (“MOİK”), Ceyhun Bağırzadə (“Şamaxı”), Əkbər Eyubov (“İmişli”), Ayxan Süleymanlı (“Sumqayıt”), Hacıəli Şirəliyev (“Şamaxı”), Sənan Muradlı (“Şamaxı”), Eşqin Əhmədov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Bilal İsmayılov (“MOİK”), Nuğay Rəşidov (“Qəbələ”), Emil Süleymanov (“Şamaxı”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Şahin Şahniyarov (“Qəbələ”), Okan Təhmazlı (“Şamaxı”), Elyas Bağci (“Herta”, Almaniya), Nəriman Axundzadə (“Ərzurumspor”, Türkiyə)

Hücumçular: Nahid Əliyev (“Şəfa”), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya), Ağadadaş Salyanski (“Araz-Naxçıvan”), Mustafa Kamara (“Sent-Trüden”, Belçika), Nihad Əhmədzadə (“Sumqayıt”)

Bənzər xəbərlər