featured-image-38552

Fransanın “Nitsa” klubu futbolçusu Yusef Atalı heyətdən kənarlaşdırıb. Msport.az xəbər verir ki, əlcəzairli oyunçu Fələstini müdafiə edərək “yəhudilər üçün qara gün” paylaşımı edib.

Oktyabrın 9-dan millidə olan vinger klubun düşərgəsinə qayıdan kimi idman direktoru onunla söhbət edib.

“Nitsa”nın yaydığı açıqlamada deyilir ki, futbolçu öz səhvini başa düşərək paylaşımını silib. Lakin məsələnin ciddiliyini anlayan klub Atalı məşqlərdən uzaqlaşdırıb.

Fransa təmsilçisi yarımmüdafiəçinin komandadakı gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyini bəyan edib.

Bənzər xəbərlər