Noyer Çempionlar Liqası tarixinin ən yaşlı almanı oldu
“Bavariya”nın qolkiperi Manuel Noyer UEFA Çempionlar Liqası tarixinin ən yaşlı almaniyalı futbolçusu olub.
Msport.az xəbər verir ki, təcrübəli qapıçı turnirin əsas mərhələsində Norveçin “Budyo-Qlimt” komandasına 5:0 hesabı ilə qalib gəldikləri ev matçında 90 dəqiqə meydanda olub.
Qarşılaşma zamanı 40 yaş 167 günlüyündə olan qolkiper həmyerlisi Yens Lemannın göstəricisini geridə qoyub.
Qeyd edək ki, Lemann bu turnirdə 40 yaş 127 günlüyündə forma geyinib.







