Oduva "Turan Tovuz"da qalmaq istəmir
Natan Oduva “Turan Tovuz”dan ayrılmaq niyyətindədir.. Msport.az-ın əldə etdiyi məlumata görə, ingiltərəli hücumçu menecerlərindən ona yeni klub tapmasını istəyib. Lakin Qərb təmsilçisi 27 yaşlı futbolçunu heyətdə saxlamaq üçün danışıqlar aparır.
Forvard ona ölkə xaricində klub tapması üçün menecerlərinə müraciət edib.
Qeyd edək ki, Oduva bu mövsüm Azərbaycan Premyer Liqasında 28 oyunda 5 qol vurub. Məşqçilər korpusunu hücumçunun tez-tez zədələnməsi narahat edir.
AYXAN







