"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a qarşı bəzi planlarım olacaq"
“Qarabağ”a qarşı oyunla bağlı mütləq bəzi planlarım olacaq”.
Msport.az xəbər verir ki, bunu “Olimpiako”un baş məşqçisi Miçel Qonsales Yunanıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis avrokubok matçında fərqli taktikadan istifadə edəcəklərini bildirib: “Agibu Kamara kimi müxtəlif mövqelərdə – həm mərkəzdə, həm də cinahlarda oynaya bilən futbolçularımız var. Bu, bizə çox kömək edəcək bir seçimdir. Sistemi dəyişə bilərik”.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.