"Olimpiakos"un baş məşqçisi "Qarabağ"ın amansız tempdə oynadığını bilirdi" - Yunanıstan mətbuatı
“Olimpiakos”un Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə uduzması hələ də Yunanıstan mətbuatının əsas mövzularından biridir.
Msport.az “sportday.gr” saytında dərc olunmuş yazını qısa ixtisarla təqdim edir:
“Məncə, “Olimpiakos”un baş məşqçisi “Qarabağ”ın amansız tempdə oynadığını bilirdi və hətta, rəqib yorulub gücdən düşəndə son dəqiqələrdə üstünə getmək bacarığını da. Mitçel risk elədi və “sınmış” “Olimpiakos” oxunmamış qaldı. Onu komandanı qurmaq tərzinə görə nə qədər tərifləsəz də, matçın bir saatından sonra oyunu dəyişmək axmaqlığına görə günahlandıra da bilərsiz.
Marselodan yararlanmaq riskli hərəkət idi. Braziliyalı ulduz futbolçu açıq-aşkar formada deyildi. O, meydanda ağır idi. Hər halda Mitçel bilirdi ki, futbolçusunun fiziki hazırlığı qaydasında deyil. Onun işinin öhdəsindən gələ bilməyəcəyini bildiyi halda meydana buraxmağın anlamı nə idi?
Məşqçilər və oyunçu ciddi səbəb olmadan ifşa olundular. Məşqçinin yanlış dəyərləndirməsi olmasa belə, “Olimpiakos” oyunu uduza bilərdi. “Qarabağ”ın oyunu eyni tempdə davam etdirməyə gücü var idi. “Olimpiakos”un isə bu gücü yox idi, təbii ki, bunda Miçeli günahlandırmaq olmaz. Oyunu müzakirə edərkən bu amili nəzərdən qaçırmaq yanlış olardı.
Müdafiədəki beşliyin nisbətən irəlidə oynaması göstərdi ki, məşqçi yetirmələrinin gücünü çox şişirdib. İlk xəbərdarlıq tez gəldi: Azərbaycan komandasının qolu bir neçə santimetrə görə hesaba alınmadı – oyundankənar vəziyyət. Mvillanın həyati müdaxiləsi vaxtında gəldi. Qurbanovun sürətli və yaxşı hazırlıq keçmiş futbolçularının boş zona əldə etmələri “Olimpiakos”a zərər verəcəklərinin işarəsi idi. Bundan sonra Biel, Marselo, Sissenin səhvləri vəziyyəti daha da çətinləşdirdi. İlk qol gəldi və bundan sonra çökmə başladı. Taleyin ümidinə qalan qorxmuş komanda. Qeyd edək ki, “qırmızı-ağlar” Masurasın qapı tirindən qayıdan topu istisna olmaqla ciddi təhlükə yaratmadı. Mitçel əlavə riskə getdi və bu, özünü doğrultmadı.
Üç məşqçi, 37 futbolçu dəyişən komandanın oyun fəlsəfəsindən danışmaq yersizdir. Mitçel konkret heyət müəyyənləşdirməli və sadə oyun sistemi yaratmalıdır.