featured-image-11359

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Karlos Korberan Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”, “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) birgə G qrupunda yer alan bu klubun çalışdırıcısı bunları söyləyib:

“Təbii ki, “Olimpiakos”un məqsədi Avropa Liqasının növbəti mərhələsidir. Ötən mövsüm bunu bacardıq. Növbəti mərhələyə qrup lideri kimi çıxmaq istəyirik.

“Olimpiakos” hər zaman hazır olmalıdır, çünki ambisiyaları olan klubdur. Zaman azdır, amma hər gün səy göstərməli və təkmilləşməliyik. Həmçinin, transfer bazarı bağlanana qədər rəqabətədavamlı olmaq üçün özümüzü gücləndirmək istəyirik”.

Bənzər xəbərlər