featured-image-14371

“Qarabağ”ın səfərdə “Olimpiakos”un qapısından 3 cavabsız top keçirməsi yerli azarkeşlər,  media üçün şok effekti verdi. Yunanıstan mətbuatı məğlubiyyətin səbəblərini araşdırır, komandanın niyə belə uduzduğunu təhlil etməyə çalışır.

Msport.az “sport24.gr” saytında Dmitris Xristofidellisin qələmə aldığı yazını ixtisarla təqdim edir:

“Olimpiakos” mövsümün əvvəlindən öz işini xeyli çətinləşdirdi. Yayda 18 yeni futbolçu ilə anlaşan klub, bir o qədərini də göndərdi. Komanda ilk transferini iyunun ortalarında, sonuncunu isə sentyabrın 30-da həyata keçirib. 2,5 ay ərzində 3 məşqçi dəyişildi. İndi isə Miçelin çempionat üçün bir, Avropa Liqası üçün fərqli heyəti var. Bir çox yaxşı futbolçular sifariş olunmadıqlarından (digər klublarda avrokubokda oynayıblar deyə) Avropa Liqasında çıxış etmək hüquqları yoxdur.

Hazırda ispaniyalı mütəxəssisə sərt qərarlar vermək və bəzi oyunçuları kənarda saxlamaq çətindir. Çünki Avropada futbolçuların seçimi və siyahısı konkretdir.

Miçel artıq cümə günü Renids, Xames, Samaseku, Forçun, Aqibu Kamara, De la Fuenteyə məşq keçəcək. Halbuki o, bu futbolçuları Azərbaycan komandası ilə oyunda da öz sərəncamında görmək istərdi. O zaman oyuna yanaşma, sistem və heyət fərqli olacaqdı. Pirey klubunu normal vəziyyətə qaytarmaq üçün ispaniyalı məşqçini çox iş gözləyir.

Cümə axşamı gecəsi “Olimpiakos” onlara qarşı qorxunc deyildi. “Qarabağ” isə futbolun yazılmamış qanunları ilə gedir. Onların bir neçə il birlikdə oynamış, birgə sınaqdan keçmiş sağlam heyətləri var. Və bunun sayəsində qazandılar. “Qırmızı-ağları”ın bir neçə yaxşı futbolçusu olsa da, hələ komandaya çevirilməyiblər.

“Olimpiakos”dan ilk xahişimiz yenidən komanda olmasıdır. Bunun üçün isə birinci növbədə hər kəs “bizi” “mən”dən yuxarı qoymalıdır. Oyunçular özlərinə tənqidi yanaşmalı, səhvləri görməli və “Olimpiakos”u düşdüyü labirintdən çıxarmaq üçün başlarını aşağı salıb daha çox çalışmalıdırlar. Özünəinamın olmadığı görünür. Avropada bir-birinin ardınca qeydə alınan uğursuz nəticlər bəzi futbolçuların özünəinamını itirib.

“Olimpiakos” çox çətinliklə qol vursa da, rahatlıqla da qapısından top buraxır. Bu, şüauraltı bütün komandaya yayılır. Əgər sən qapınının tounulmazlığını qoruyub saxlaya bilmirsənsə və asanlıqla qol vurmursansa, istədiyin nəticəni əldə etmək olmur.

“Qırmızı-ağlar” “Qarabağ”la matçda bəzi şanslar əldə etsələr də, sonda uğursuz oynadılar. Pireylilər ardıcıl 12-ci Avropa matçında qələbə qazana bilmədi: 9 oyun bu mövsüm, üçü də ötən mövsüm. Bu müddət ərzində onlar öz meydanında “Atalanta”ya 0:3. “Makkabi Hayfa”ya 0:4, “Frayburq”a 0:3 və “Qarabağ”a da 0:3 uduzublar. Həmin stadionda ki, bir neçə il əvvəl orda “Liverpul”, “Mançester Yunayted”, “Real”, “Yuventus”, “Atletiko”, “Arsenal”, “Borussiya” kimi nəhəng rəqiblər baş əymişdi.

“Qarabağ”la oyuna gəlincə, Miçelin sistemləri və əvəzetmələri haqqında çox danışmaq olar. İspaniyalı məşqçi 60-cı dəqiqədən sonra risk etmək istəsə də, alınmadı. Amma problemlər daha dərindir.  Stoper mövqeyində oynayan Embila “Olimpiakos”un ən yaxşı futbolçusu olursa, deməli, digərləri ilə bağlı vəziyyət yaxşı deyil. Mübahisə etmək olar ki, bu, digər futbolçulardan fərqli olaraq fransalının malik olduğu konsentrasiya, qətiyyət və təcrübə məsələsidir.

Bir tərəfdən adətən gərgin, güc tələb edən oyunlarda 60-cı dəqiqədən sonra “Olimpiakos”un məhsuldarlığı aşağı düşür, digər yandan isə “Qarabağ” öz qollarını çox vaxt son yarım saatda vurur. “Olimpiakos” 18 dəqiqə ərzində (68-86) 3 qol buraxdı. Azərbaycan komandası “Nant”la ötən oyunda 3 qolu cəmi 12 dəqiqəyə (60-72-ci dəqiqələr) vurmuşdu.

Həm də ispaniyalı məşqçi gözləmirdi ki, bir neçə dəqiqə ərzində bu qədər individual səhvlər buraxılacaq. Birinci qolda Vrsalko vaxtında Ovusunu oyundankənar vəziyyətə sala bilmədi. İkinci qolda Sisse topu meydanın mərkəzində itirdi və bütün müdafiəni çətin vəziyyətdə qoydu. Üçüncü qolda isə Ryabçuk Şeydayevin zərbə vurmasına mane ola bilmədi.

Marselonun “Olimpiakos”dakı ilk matçı uğursuz oldu. Braziliyalı hələ tam hazır deyil.

İndi “qırmızı-ağlar başlarını yuxarı qaldırmalıdırlar. Çünki iki gün sonra OFİ ilə Kritdə oyun var, ayın 13-də isə “Qarabağ”la Bakıda görüş.

 

Bənzər xəbərlər