featured-image-24072

“Olimpiakos”un vitse-prezidenti Kostas Karapapas AEK-ə qarşı keçirəcəkləri Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa Azərbaycanın FIFA referisi Əliyar Ağayevin təyinat almasını tənqid edib.

Msport.az-ın məlumatına görə, klub rəsmisi bununla bağlı özünün sosial şəbəkə hesabında post paylaşıb.

“Nəhayət, federasiya bizi dinlədi! Böyük liqadan hakim təyin etdilər. Məlumdur ki, Azərbaycan çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!”, – Karapapas yazıb.

Qeyd edək ki, qarşılaşma martın 1-də keçiriləcək. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.

CAHİD

Bənzər xəbərlər