Olisedən 68 illik rekord
Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Fransa millisi səfərdə Türkiyə ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Zinəddin Zidanın rəhbərlik etdiyi komanda minimal hesabla – 1:0 qalib gəlib.
Görüşdə yeganə qolu Fransa millisinin hücumçusu Kilian Mbappe vurub. Madrid “Real”ının ulduz futbolçusuna məhsuldar ötürməni yarımmüdafiəçi Maykl Olise verib. Bu, onun cari ildə doqquzuncu assisti olub.
Olise 1958-ci ildən bəri Fransa millisinin heyətində bir təqvim ili ərzində doqquz məhsuldar ötürmə edən ilk futbolçu olub.







