Olmo yekun qərarını verdi
“Barselona”nın futbolçusu Dani Olmo “Bavariya”nın marağına baxmayaraq, Almaniya klubuna keçməyi düşünmür.
Msport.az xəbər verir ki, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiəçiyə maraq göstərdiyi və mümkün transfer üçün hazırlıq apardığı bildirilir.
“Bavariya”nın hələ “Barselona”ya rəsmi təklif göndərmədiyi qeyd olunur. Olmo isə hazırda Kataloniya klubundan ayrılmaq niyyətində deyil. 28 yaşlı futbolçunun əsas diqqətini “Barselona” ilə qarşısına qoyduğu məqsədlərə yönəltdiyi və klubdakı vəziyyətindən razı olduğu bildirilir.
İspaniyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







