featured-image-83327

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Leo Messinin yığmadakı son oyunundan danışıb.

Msport.az xəbər veirr ki, Argentinanın Benini 3:0 məğlub etdiyi matçda ulduz futbolçu 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Bu, çox emosional və eyni zamanda kədərli gün oldu. Çünki o, bir daha millinin formasını geyinməyəcək. Ona məşqçilik etmək mənim arzum idi. Bu gün hamının qarşısında – son gücümü toplayaraq Leoya bunu dedim, Fikirləşirəm ki, istənilən argentinalı bunu deyərdi. Bu gerçəkliyə çevirdiyim bir arzu idi. Həyatda heç vaxt təsəvvür etməzdim ki, tarixin ən böyük futbolçusunun məşqçisi olacam, O, 20 illik karyerası ərzində ən yaxşı idi, indi də elə olaraq qalır.

Onun yanında olmaq imkanını bizə yaratdığına görə sonsuz minnətdarıq. Matçdan əvvəlki göz yaşları da bununla bağlı idi, məni çoxsaylı düşüncələr bürümüşdü. Onu bir daha görməmək həqiqətən kədərli olacaq, Leo özündən sonra inanılmaz bir irs qoyub gedir. Biz yolumuza davam etməliyik. Argentina millisi yoluna davam edəcək, lakin onun kimi başqa futbolçu bir də olmayacaq”.

 


Bənzər xəbərlər