“Ortada çox boşluq verirdik“ - Şahin Diniyev
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.
Msport.az xəbər verir ki, “Zirə” səfərdə “Səbail”in qonağı olub – 2:1. Səbail təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqqında öz fikirlərini bölüşüb:
“Oyun gərgin keçdi. Premyer-liqaya layiq oyun oldu. Birinci hissə onlar, ikinci hissə biz daha üstün idik. Oyuunun nəticəsi heç-heçə olsaydı daha yaxşı olardı. Qələbəyə görə “Zirə”ni təbrik edirəm. Birinci hissə oyunumuz alınmadı. İkinci hissə oynumuz alınanda da asan qollar buraxdıq. Bundan öncəki oyund da eyni səhvlər etmişdik. Yaxşı oyun idi. Komanda düz yoldadır. Oyundan-oyuna artım var. Komanda öz oyununu tapacaq. Zamana ehtiyacımız var. Mənə elə gəlir ki, 4-5 turdan sonra hər şey yoluna düşəcək. Futbolçularıma təşəkkür edirəm. Vuruşdular. Ağıllı oynadılar.
– “Səbail”in ən zəif mövqeyi müdafiədir. Nə deyə bilərsiniz bu barədə?
– Deməzdim. Futbolçular zəif deyildilər. Sadəcə, kiçik səhvimizdən istifadə edə bilirlər. Ancaq biz edə bilmirik. Müdafiəçilərim səviyyəli futbolçulardır.
– Transfer etmək fikriniz varmı?
– Biz yolun başındayıq. Addım-addım etməliyik. Birdən-birə 10-12 legioner gətirmək planda yoxdur. Düşünürəm ki, bizim legionerlər pis deyillər. Daha yaxşı olacaqlar. Hər bir futbolçuma inanıram.
Qolun müəllifini əvəzlədiniz. Əvvəlcədən planınızda var idi?
– Meydanın ortasında oyunumuzu itirmişdik. Futbolçular bir-birinə yaxın oynamırdı. Pana və Yadinin bir-birini yaxşı anlamaması, birinin düşüb, digərinin qalxması vacib idi. Ancaq eyni zamanda ikisi də düşürdü, ikisi də qalxırdı. Ortada çox boşluq verirdik. Ona görə ilk yarıda oyunumuz tam getmədi. Dəyişiklikdən sonra ortadakı boşluqlar yığışıldı. Oyunun 15-ci dəqiqəsində artıq əvəz etməyə əl atmaq istəyirdim. Sadəcə Yadinə bir az da şans verdim, o da qol vurdu. Amma oyun sistemi pozulmuşdu, onu düzəltmək üçün əvəzetməyə əl atdım.
– Növbəti oyun “Turan-Tovuz”la olacaq. Gözləntiləriniz nədir?”
– “Turan-Tovuz” yaxşı komandadır. Onlar da tam formada deyillər. Bizə oxşayırlar. Ancaq xal ehtiyyatları var deyə daha rahat olacaqlar. Amma mən düşünürəm ki, bizim də şansımız var.