featured-image-80091

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” Gürcüstanın “Torpedo” klubunu 3 qolla məğlub edib – 3:0

Msport.az xəbər verir ki, Kutaisi təmsilçisinin baş məşqçisi Dirk Şuster mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan əvvəl sürpriz edəcəyinizə söz vermişdiniz…

– Sürpriz hazırlamışdıq, amma görünür, çox güclü rəqiblə oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. “Zirə” fərdi cəhətdən çox güclü oyunçulara sahibdir. 30 dəqiqədən sonra bütün diqqətimizi itirdik, rəqib isə üstünlüklə oynayırdı. Bir qol buraxacağımızı gözləyirdik. Lakin favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Meydan sahibləri taktiki baxımdan güclü idilər. Hesab 0:2 olduqdan sonra futbolçularımız ruhdan düşdülər, nələrisə dəyişməyə çalışsalar da, bacarmadılar.

– Gürcüstanda çempionat davam edir, lakin funksional baxımdan bizim klub daha yaxşı təsir bağışladı. Bunu nə ilə əlaqələndirirsiniz?

– Biz sona qədər oynadıq. Mübarizə apardıq, qol vurmaq istəyirdik, amma alınmadı. Hesab 0:3 olduqdan sonra oyunun axarını dəyişə bilmədik. Futbolçularım yorğun idilər.

– Cavab qarşılaşmasından gözləntiləriniz nədir? 

– Bir həftə sonra tam fərqli bir tərəfimizi göstərməyə çalışacağıq. 0:3 hesablı məğlubiyyətdən sonra çətin olacaq, lakin oyunu ən azından əlavə vaxta daşımağa cəhd edəcəyik. Futbolda bundan da böyük məğlubiyyətlərdən geri dönüşlər olub.

– Oyundan sonra azarkeşlər komandanızın ünvanına aqressiv fikirlər səsləndirdilər. Bu barədə nə deyə bilərsiniz?

– Bu, normaldır. Onlar məyusdurlar. Lakin tribunalarda bu cür davranmaq olmaz. Əgər 0:1 hesabı ilə uduzsaydıq, azarkeşlər tərəfindən belə sərt reaksiya olmazdı.

 

Bənzər xəbərlər