featured-image-21733

“Qarabağ”ın hücumçusu Ovusu Kvabenanın “Feretsvaroş”a transferi reallaşıb.

Msport.az xəbər verir ki, bu barədə macarıstanlı jurnalist Budai Laslo tvitter hesabında paylaşım edib. Qanalı forvard artıq tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Budapeştə yollanıb.

Ovusunun Ağdam klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. Bu səbbədən “Feretsvaroş” transferə görə, “Qarabağ”a çox da böyük olmayan kompensasiya ödəyəcək.

2020-ci ildən “Qarabağ”da çıxış edən Ovusu cari mövsümdə Azərbaycan Premyer Liqasında 18 oyunda 5 qol vurub.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş”la qarşılaşıb – 1:1, 3:1.

AYXAN 

 

Bənzər xəbərlər