featured-image-29471

Azərbaycan Premyer Liqasının 33-cü turunun “Qarabağ”- “Qəbələ” oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib. Msport.az xəbər verir ki. təcrübəli məşqçi futbolçularının çox istəkli olduğunu vurğulayıb:

“Bizim üçün çox vacib oyun idi. İlk dəqiqələrdən hiss olundu ki, futbolçularda bir az gərginlik var. Həddən artıq çox istəkli idilər. Çox aqressiv, aktiv bir komandaya qarşı oynayırdıq. Sona qədər meydanda gərgin mübarizə getdi. Futbolçularım buna dözdülər, səbrlə axıra kimi oyunu idarə etməyi düşündülər. Ola bilər ilk hissənin ortalarına qədər oyunumuz tam istədiyimiz kimi alınmadı. Buna baxmayaraq, qol epizodlarımız oldu. Get-gedə oyunu daha çox ələ aldıq. Qarşıda hələ 3 tur var. Hər oyun bizim üçün çox vacibdir. Hər tur istəyirik ki, oyunumuzu daha da yaxşılaşdıraq. Nəsib olsa, qarşıdakı oyunda, olmasa, ondan sonrakı matçda istərdik, çempionluğu rəsmiləşdirək. Amma hələ işimiz bitməyib və qarşıdakı hər bir görüşə çox ciddi, məsuliyyətlə hazırlaşacağıq”.

Q.Qurbanov komandanın zədəli futbolçuları haqqında da məlumat verib:

“Benzia, Diakabinin mövsümün sonuna kimi tam hazır olmayacaqlarını təxmin edirdik. Sadəcə vaxt bizim gözlədiyimizdən daha artıq oldu. Onların zədələri tam bərpa olunmadı. Hamı bilirdi ki, səkkiz ay, bir ilə yaxın oynamayıblar.  Qışda biz istədiyimiz transferləri reallaşdıra bilmədik, belə bir variantlarımız oldu və istifadə elədik. Bu futbolçular böyük komandalarda oynamış oyunçulardır. Potensialları çox böyükdür. Sadəcə oyun yükləmələrinə dözə bilmədilər. Bir neçə oyun istifadə etmək istədik, sonda hansısa problemlər ortaya çıxdı. Diakabi sanki bir az özünə gəlir, onda topuq ağrısı var. Bu bir az narahat edir, matçlarda, məşqlərdə bir az sərt oyun olduqda təsir edir. Bəlkə də xronikidir. Amma hər şey yaxşılığa doğru gedir. Bir az zaman lazımdır”.  (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər