ÖZƏL - "Qəbələ"nin yeni transferi - Buqrinin yaxın dostu
“Qəbələ” qış transfer dövründə ilk keçidini rəsmiləşdirəcək. Msport.az xəbər verir ki, əyalət klubu Belçikanın “Vitron” (“Ekselsior”) komandasının yarımmüdafiəçisi Ayyub Allaşla anlaşıb. 25 yaşlı yarımmüdafiəçi bu gün ölkəmizə gələcək və sabah rəsmi müqavilənin imzalanması gözlənilir.
Mərakeş əsilli futbolçu karyerası ərzində Belçikanın “Lyers”, ABŞ-ın “Sportinq Kanzas Siti” klublarının da formasını geyinib.
Allaş bu mövsüm Belçikanın səviyyəcə II liqasında “Vitron”da 14 oyunda 2 qol vurub. O, 2015-ci ildə Mərakeşin U-20 yığmasında 1 görüşdə meydana çıxıb.
“Qəbələ”nin yeni transferi vaxtilə “Lyers”də Sabir Buqrinlə birgə çıxış edib və onunla yaxın dostdurlar.
AYXAN







