Palmer niyə İngiltərə millisinə çağırılmadı? - Tuhel açıqladı
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin yığmaya dəvət almamasına aydınlıq gətirib.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərənin UEFA Millətlər Liqasındakı sentyabr və oktyabr ayındakı oyunlarına çağırılmayıb:
“Bildiyim qədəri ilə onun ağrıları var, belə olan halda yüksək səviyyədə çıxış etmək mümkün deyil.
Ona görə də o yığmadan imtina etdi və bizə məlumat verdi. “Çelsi” klubu da bizi məlumatlandırdı. O. həddən artıq çox şansları əldən verir. Buna görə Palmeri günahlandırmıram, bu sadəcə faktdır. Zədəyə görə hazırlıqdan çox kənarda qalır. Lakin mən komanda ilə işləyərkən öz gördüklərimə əsaslanmaq istəyirəm. Bunun üçün isə təlim-məşq toplanışında etmək lzımdır”.







