featured-image-51774

Bu gün Azərbaycanın dörd idmançısı və bir komandası Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Msport.az xəbər verir ki, cüdoçu Elcan Hacıyev ilk görüşünü keçirəcək.

90 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankı sınağa çəkəcək.

Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gələcək. Təmsilçimiz ilk matçında qələbə qazanıb.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Olimpiadadakı ikinci oyununu ABŞ yığmasına qarşı keçirəcək. Millimiz qrupdakı ilk matçda İspaniya kollektivinə uduzub.

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko isə 6-12-ci yerlər uğrunda mübarizə aparacaq.

Triatlonçumuz Rostislav Pevtsov da Parisdəki çıxışı bu günə təsadüf edəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Bənzər xəbərlər