featured-image-51709

Azərbaycan boksçusu Məhəmməd Abdullayev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, +92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə almaniyalı Nelvi Raman Tiafakla qarşılaşıb. Azərbaycan millisinin bayraqdarı bu döyüşdə rəqibinə məğlub olaraq turnirlə vidalaşıb.

Bu gün, həmçinin yığmanın digər boksçusu Malik Həsənov (63,5 kiloqram) rinqə çıxacaq. O, gürcüstanlı Laşa Quruli ilə münasibətlərinə aydınlıq gətirəcək. İdmançı mübarizəyə 1/8 finaldan start verəcək.

Bənzər xəbərlər