featured-image-51550

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, Olimpiadanın açılış mərasimi Parisdə, Sena çayının ətrafında baş tutacaq.

Açılış mərasimi Bakı vaxtı ilə 21:30-da gerçəkləşəcək.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək. 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.

Açılış mərasimindəki paradda Azərbaycanın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Qeyd edək ki, Azərbaycan Fransada 48 idmançı ilə təmsil olunur.

Bənzər xəbərlər